Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda ilkin olaraq konfrans və yerli şirkətlərin sərgisi keçirildi

08/06/2023

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda ilkin olaraq konfrans və yerli şirkətlərin sərgisi keçirildi. Tədbirdə ATİA İdarə Heyətinin sədri Ramiz İsayev də iştirak etdi. Sərgidən öncə keçirilən konfransda, bir sıra dövlət rəsmilərin
çıxışından sonra Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edildi. İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olundu.