Xidmətlər

Konsultasiya

  • Respublikamızda fəaliyyət göstərən yerli və xarici tikinti şirkətlərində audit, təftiş və maliyyə məsələləri üzrə məsləhətlərin verilməsi və xidmətlərin göstərilməsi
  • Respublikamızda fəaliyyət göstərən yerli və xarici tikinti şirkətlərinə hüquqi məsələlərə dair məsləhətlərin verilməsi və xidmətlərin göstərilməsi
  • Xarici tikinti şirkətlərinin respublikamızda fəaliyyəti üçün dəstək göstərilməsi

Şirkət tanıtımı

Assosiasiyanın Saytının tərəfdaşlar bölməsində Assosiasiyaya üzv olan şirkətlərin tanıtımı ilə bağlı üzvün loqosunun yerləşdirilməsi Assosiasiyanın keçiriləcək tədbirlərində sponsurluq güzəşti əldə edilməsi və həmin tədbirlərdə və KİV vasitələrində üzv şirkətlərin reklam afişlərinin yerləşdirilməsi

Sosial platforma

Sosial platforma assosiasiya üzvlərinə layihələr ətrafında əlaqə və icmalar yaratmaq üçün peşəkar şərait yaradır. Məlumatların bölüşdürülməsi və paylaşılması üçün əsas metod sosial mediadır.

Dövlət qurumları ilə sıx əlaqə

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası, üzv olan şirkətlərin yaranan problemlərin həlli istiqamətində dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə qarşılıqlı əlaqə quraraq tikinti ilə bağlı yarana biləcək problemlərin qanuni formada həlli, müqayisə və mübadilə edilməsi, yaxşı təcrübələrin müəyyən edilib əldə edilməsi prinsipi ilə dövlət qurumları ilə sıx əlaqə yaradır.

Sertifikasiya

Üzvlük Sertifikatı və İnşaat Təhlükəsizliyi Sertifikatı – tikinti mühiti daxilində sağlamlıq və təhlükəsizlik sahəsində peşəkar olmaq vacib məsələlərdən biridir. Buraya daxil olan predmetlər: hündürlükdə işləmək, sökülmə və qazma işləri, elektrik, betonlama daxil olmaqla bu kimi bütün işlərdir. Bu kursda iştirak edən üzvlər müvafiq qanunvericiliyə uyğun olaraq tikinti fəaliyyətini təhlükəsiz hala gətirmə bacarığına sahib olacaqlar.

Konsultasiya

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası