KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin tərəfdaşlığı ilə “Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları” mövzusu ətrafında ictimai görüş keçirildi

13/03/2024

KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin tərəfdaşlığı ilə “Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları” mövzusu ətrafında ictimai görüş keçirildi. Dövlət-özəl tandemi, sahibkarların iş fəaliyyətində qarşılaşdığı problemlər və onların aradan qaldırılması üçün atılacaq addımlar, növbəti belə görüşlərin təşkili və digər bu kimi məsələlərin müzakirəsi aparılan tədbirdə ATİA-nın İdarə heyətinin sədri Ramiz İsayev də iştirak edərək, tikinti şirkətlərinin qarşılaşdığı problemlər barədə dövlət rəsmilərini məlumatlandırdı.