“Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində beynəlxalq tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək bir sıra vacib məsələlərə toxunmuşdur

01/03/2024

“Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində beynəlxalq tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək bir sıra vacib məsələlərə toxunmuşdur. Belə ki, ölkə başçısı öz çıxışında Avrasiyada mövcud geosiyasi vəziyyət, Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti, Azərbaycanın 8 ölkəyə qaz idxal etməsi və digər bu kimi mövzulardan sitatlar gətirmişdir. 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin və digər yüksək səviyyəli qonaqların dəvətli olduğu tədbirdə ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayev, həmçinin Assosiasiyanın fəal üzvlərindən olan “A-Z CZECH ENGİNEERİNG” MMC-nin direktoru Milan Pavliçek və şirkətin digər məsul əməkdaşları iştirak etmişlər.