Bu gün ATİA İdarə Heyətinin sədri Ramiz İsayev və “DİNCEL GROUP” şirkətinin həm təsisçisi həm də direktoru olan Burak Dincəl arasında #online formatda görüş keçirildi

27/09/2023

Bu gün ATİA İdarə Heyətinin sədri Ramiz İsayev və “DİNCEL GROUP” şirkətinin həm təsisçisi həm də direktoru olan Burak Dincəl arasında #online formatda görüş keçirildi. 1989-cu ildə yaradılan şirkət Avstraliya, Yeni Zelandiya, Ficidə və bir çox ölkələrdə inşaat sektoruna lazım olan PVC əsaslı beton qəliblərinin istehsalı və satışı ilə məşğuldur. Görüşdə gələcək üçün qurula biləcək zavod və ölkəmizə qoyulacaq investisiya barədə fikir mübadiləsi aparıldı.