Bu gün ATİA idarə heyəti Masallı Sənaye Məhəlləsində, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə inşa edilən tikiş fabriki ilə tanış oldu

13/05/2023

Bu gün ATİA idarə heyəti Masallı Sənaye Məhəlləsində, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə inşa edilən tikiş fabriki ilə tanış oldu. Birliyin sədri Mirzə Məmməd Vəliyev tikiş fabrikində işləyən işçilərin qazi və şəhid ailə üzvlərindən ibarət olduğunu bildirərək fabrikdə istehsal olunan məhsulların nümunələri ilə ATİA idarə heyətini tanış etdi.