Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub.

Belarusiyalı ekspertlərlə Azerbaycanda tikinti sahəsində layihələndirmə və ekspertiza ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan təcrübəsi ilə yaxından tanış olan qonaqlar bu görüşün onlar üçün çox faydalı olduğunu bildiriblər.

Baş ekspertlər Belarusiyada tikinti layihələrinin dövlət ekspertizasını həyata keçirən əsas qurumu təmsil etdiklərini bildirərək, qeyd ediblər ki, ölkələrində layihələrin texniki və normativ uyğunluğu yoxlanıldıqdan sonra təsdiqlənir. Tikinti sahəsində keyfiyyət və təhlükəsizlik standartları çox öməlidir və buna maksimum diqqət yetirilir.

Görüş çərçivəsində tikinti sahəsində sertifikatlaşdırma, attestasiya məsələlərinə toxunulub, şirkətlər və mütəxəssislər üçün təşkil olunan təlimlər barədə danışılıb.