ATİA nümayəndə heyəti və üzvlərin iştirakı ilə, enerji və inşaat sektorunda Azərbaycan bazarının qabaqcıl firmalarından biri olan üzvümüz “Caspian Cable” MMC-ə məxsus zavoda tanışlıq məqsədli səfər oldu

27/05/2023

ATİA nümayəndə heyəti və üzvlərin iştirakı ilə, enerji və inşaat sektorunda Azərbaycan bazarının qabaqcıl firmalarından biri olan üzvümüz “Caspian Cable” MMC-ə məxsus zavoda tanışlıq məqsədli səfər oldu. Zavodda geniş çeşiddə, müxtəlif ölçülü mis və alüminium növlü alçaq gərginlikli elektrik kabelləri, internet kabelləri, koaksial (TV) kabelləri, siqnal kabelləri, yandığı zaman toksik (zəhərli) qaz buraxmayan və yanmaya davamlı, halogensiz ya da yanmaz kabel (HFFR) istehsalatı ilə qonaqlar tanış oldular.İtehsalatla tanışlıqdan sonra dəyirmi masada üzvlər arasında tanışlıq, görülən işlər və gələcək layihələr barədə fikir mübadiləsi aparıldı.