Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev və Vətən müharibəsi qaziləri ATİA-nın qonağı oldu

04/05/2023

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev və Vətən müharibəsi qaziləri ATİA-nın qonağı oldu. Görüşdə qazi və əlillərin tikinti sektorunda üzləşdiyi problemlər və mənzil təminatı ilə bağlı çətinliklərin həlli istiqamətində fikir mübadiləsi aparıldı. Gələcəkdə sıx əlaqələrin qurulması üçün yaxın günlərdə Əməkdaşlıq Memorandumu imzalanması qərara alındı.