Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

Ukraynalı qonağı ATİA-nın sədri Ramiz İsayev qarşılayıb. Söhbət zamanı mer Bakını çox bəyəndiyini və buradakı inkişafın onlar üçün mühüm nümunə olduğunu bildirib. Şəhərlərin təhlükəsizliyi məsələsinə də toxunan İqor Terexov Ukraynanın Xarkov şəhərinin bərpası ilə bağlı geniş müzakirə aparıb.

ATİA-nın sədri Ramiz İsayev hazırda Xarkovdakı vəziyyətlə maraqlanaraq bildirib ki, Xarkovun bərpası zamanı yalnız infrastruktur yenilənməli deyil, həm də müasir və dayanıqlı şəhər mühiti yaradılmalıdır.

Mer diqqətə çatdırıb ki, beynəlxalq tərəfdaşların dəstəyi və iştirakı ilə Xarkovun Baş planı hazırlanıb və hazırda Şimali Saltovka ərazisi üzrə pilot layihə həyata keçirilir.