WUF13-ÜN 4-CÜ GÜNÜ!

ATİA və KOBİA-nın birgə stendi səhər saatlarından iştirakçıların diqqət mərkəzində idi. Yerli və xarici qonaqlar yaxınlaşıb, əməkdaşlarımız ilə fikir mübadiləsi apararaq, üzv şirkətlərimizin məhsulları ilə maraqlandı, keyfiyyətli tikinti barədə müxtəlif suallar ünvanladılar. Suallar tək-tək, tam dolğun şəkildə cavablandırıldı. Bununla yanaşı, vətəndaşlara məlumatverici bukletlər də təqdim olundu.

Xarici qonaqlar şəhərsalma məsələsində beynəlxalq təcrübəni bizimlə bölüşdülər. Onlarla birgə güclənən qlobal mənzil böhranını , şəhərlərin gələcəyi məsələləri üzrə tərəfdaşlığın başladılması məsələlərini müzakirə etdik. Diqqətə çatdırıldı ki, binaları “ağıllı yollar”la tikmək,əlçatan mənzili təmin etmək, enerji istehlakını, enerji xərclərini azaltmaq lazımdır. İnvestisiya üçün cəlbedici layihələr həyata keçirilməlidir.