Naxçıvan şəhərində Azərbaycan-Türkiyə III Enerji Forumu baş tutdu

29/09/2023

Naxçıvan şəhərində Azərbaycan-Türkiyə III Enerji Forumu baş tutdu. ATİA və “A-Z CZECH ENGINEERING” şirkətinin nümayəndə heyəti ilə yanaşı, bir çox yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutan forumda “enerji keçidi”, “yaşıl enerji zonası”, “Naxçıvanın yaşıl enerji potensialı” mövzuları üzrə plenar sessiyalar keçirildi. Tədbirdə əməkdaşımız olan “A-Z CZECH ENGINEERING” şirkəti və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalandı. Diqqətinizə çatdırmaq istərdik ki, şirkət Naxçıvan MR-da gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurmağı planlaşdırır.