İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə tikinti assosiasiyaları arasında görüş oldu

15/03/2023

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə tikinti assosiasiyaları arasında görüş oldu. Görüşdə ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayevlə yanaşı tikinti sektorunda ən yüksək nüfuza sahib olan üzvlərimiz də iştirak etdi. Ədalət Muradovun başçılığı ilə, Şəhərsalma Komitəsi və bir neçə dövlət idarəsinin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə tikinti sektorunda mövcud vəziyyət, problemlər və həlli istiqamətləri, təhlükələr və imkanlar barədə ümumi fikir mübadiləsi aparıldı.