İnşaatçılar günü

10/04/2022

Əziz İnşaatçılar!


Ölkə prezidenti cənab İlham Əliyevin tikinti sektorunda fəaliyyət göstərənlərə verdiyi dəyərin nəticəsidir ki, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur. Bu gün həm də inşaat sahəsində çalışanların peşə bayramıdır. Dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri də inşaat sahəsidir. Təsadüfi deyildir ki, iqtisadiyyatın qeyri neft sektorunun aparıcı və ən önəmli sahəsi olan tikinti sahəsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Bu illər ərzində respublikanın paytaxtı, eləcə də regionları tikinti meydançasına çevrilib desək səhv etmərik. Ölkəmizdə inşaat sektorunun inkişafı yalnız dövlətin kapital qoyuluşları hesabına deyil, həmçinin də ölkəmizdə yaradılmış azad sahibkarlıq mühitində özəl sektorun bu sahəyə yatırdıqları investisiyalar hesabına baş vermişdir
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası olaraq inşaat sahəsində çalışanların əməyinə verilən böyük dəyərə və belə bir özəl günün təsis edilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririr və tikinti sahəsinde fəaliyyət göstərən bütün inçaatçıları peşə bayramı münasibəti ilə təbrik edir , ölkəmizdə tikinti və quruculuq sahəsinin inkişafı üçün fəaliyyətinizdə uğurlu addımlar və yeni nailiyyətlər arzulayırıq.


Hörmətlə,
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının Sədri
Ramiz İsayev