Bu gün ATİA nümayəndə heyəti assosiasiyaya üzv olan “DƏVƏLİ” ASC şirkətinə məxsus zavodda oldu

04/10/2023

Bu gün ATİA nümayəndə heyəti assosiasiyaya üzv olan “DƏVƏLİ” ASC şirkətinə məxsus zavodda oldu. Diqqətinizə çatdırmaq istərdik ki, zavod mərmər, qranit, travertin, oniks, ağlay, keramika və digər daşlardan tikinti üçün geniş həcmli məhsullar istehsal edir. Heyət zavoda məxsus müasir avadanlıqlar və istehsal olunan məhsul nümunələri ilə tanış oldu.