“BAKI KOB evi”ndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə KOBİA yanında İctimai Şuranın görüşü baş tutdu

21/12/2023

Bu gün “BAKI KOB evi”ndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə KOBİA yanında İctimai Şuranın görüşü baş tutdu. Görüşdə ATİA-nın İ.H.sədri Ramiz İsayev iştirak etmişdir. Dəyirmi masa ətrafında keçirilən görüşdə sahibkarların rastlaşdığı çətinliklər, problemlər və yeni təkliflər ətrafında müzakirələr aparıldı.