Bağdad şəhərində ” 1-ci İraq-Azərbaycan Biznes Forumu” keçirildi

06/12/2023

Bağdad şəhərində ” 1-ci İraq-Azərbaycan Biznes Forumu” keçirildi. KOBİA-nın və İraq Ticarət Palataları Federasiyasının təşkilatçılığı ilə baş tutan forumda dövlət nümayəndələri ilə yanaşı ATİA İdarə Heyətinin sədri Ramiz İsayev və bir çox sahibkarlar iştirak edirdi. Forumda ticarət və investisiya sahəsində əməkdaşlıq, Biznes Şurasının yaradılması bu kimi məsələlərlə bağlı müzakirələr oldu. Görüş çərçivəsində ATİA nümayəndə heyəti B2B formatında tikinti sahəsi üzrə sahibkarlarla görüşlər keçirdi. İraqda tikinti sahəsinə olan təlabat və bu sahə üzrə dəstək və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.