ATİA nümayəndə heyəti üzvlərlə birgə Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Nazirliyinin əməkdaşları ilə görüşdü

16/10/2023

ATİA nümayəndə heyəti üzvlərlə birgə Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Nazirliyinin əməkdaşları ilə görüşdü. Görüşdə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən həyata keçirilən və artan hədəflərə çatmaq məqsədi daşıyan hökumət proqramı Saudi Vision 2030 barədə o cümlədən görüləcək işlərin miqyası və statistikası ilə bağlı məlumat verildi. Eyni zamanda ölkəyə qoyulacaq investisiya və müqaviləçi kimi fəaliyyətə başlamaq üçün lazım olan sənədlər və bunla bağlı səlahiyyətli şəxslərin əlaqə vasitələri təqdim edildi.