Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib

Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev çıxış ediblər.

Çıxış edənlər ölkəmizdə sahibkarlıq üçün formalaşan əlverişli mühit, dövlət dəstəyi mexanizmləri, KOBİA-nın bu sahədə gördüyü işlər, eləcə də tikinti sektorunun iqtisadiyyatda artan rolu və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq proseslərinin yaratdığı yeni imkanlardan bəhs ediblər. Sonda bir daha vurğulanıb ki, sahibkarlıq ölkənin iqtisadi inkişafında əsas aparıcı qüvvələrdən biridir və bu sahənin inkişafı ümumi rifaha mühüm töhfə verir.

Tədbirin sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Qeyd edək ki, 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə bu əlamətdar tarix ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.