Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində işgüzar səfərdə oldu

30/04/2024

Ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması və digər bu kimi məsələlərin müzakirəsi ilə bağlı fikir mübadiləsinin aparılması məqsədilə keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclasında iştirak üçün KOBİA rəhbərliyi Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində işgüzar səfərdə oldu.
Tədbirdə hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, işğaldan azad edilmiş ərazilərimizdə biznes və sərmayə qoyuluşu, ticarət sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi və investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində baş tutan tədbirdə ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayev və Assosiasiyanın Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri Əşrəf Şıxəliyev də iştirak ediblər.