Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası tərəfindən həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində 200-dən çox ailəyə Ramazan sovqatı təqdim olunub
Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası tərəfindən həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində 200-dən çox ailəyə Ramazan sovqatı təqdim olunub.
Bu təşəbbüsün əsas məqsədi ehtiyacı olan ailələrə dəstək olmaq, Ramazanın birlik, mərhəmət və paylaşmaq dəyərlərini daha da gücləndirməkdir.
Assosiasiya olaraq inanırıq ki, cəmiyyətin inkişafı yalnız tikilən binalarla deyil, qurulan könüllərlə ölçülür.
Allah tutulan orucları, edilən duaları qəbul etsin!