Üzvlük Kateqoriyaları
İştirakçı - Təsisçi üzv (AA kateqoriyası)
Kimlər qoşula bilər
- Tikinti fəaliyyəti ilə məşğul olan, tikinti materialları, konstruksiya sistemləri və avadanlıqları istehsal edən və s. sahə aidiyyatı olan hüquqi şəxslər.
Hüquqlar
- Asosasiyanın Nizamnaməsində İştirakçılara aid məsələlərdə iştirak.
- İdarəetmə orqanlarına namizədlik və seçilmə hüququ.
- Sertifikat, audit və Asosasiyanın təqdim etdiyi bütün xidmət və proqramlarından 70% güzəştli qaydada istifadə etmək.
- Məhkəmə və digər təşkilatlarda hüquqların müdafiəsi və təmsilçilik.
Öhdəliklər
- İllik üzvlük haqqı - (Nizamnaməyə uyğun müvafiq qərar əsasında bütün üzvlərin yekdil qərarı ilə).
- Etika və texniki standartlara riayət və fərdi məlumatların qorunması, habelə konfidensiallıq.
Faydaları
- Bütün imkanlardan yararlanma və loqodan istifadə.
İllik üzvlük haqqı: AA (Təsisçi) - İcra orqanının Qərarı əsasında.
Korporativ üzv (A kateqoriyası)
Kimlər qoşula bilər
- Tikinti fəaliyyəti ilə məşğul olan, tikinti materialları, konstruksiya sistemləri və avadanlıqları istehsal edən və s. sahə aidiyyatı olan orta və iri sahibkarlıq subyektləri.
Məhdudiyyət
- Assosasiyanın idaretməsində iştirak və bununla əlaqəli səsvermə hüququ.
- İdarəetmə orqanlarına namizədlik və seçilmə hüququ.
Hüquqlar
- ATİA tərkibində idarəetmə ilə əlaqəli olmayan Texniki komitələr, məsləhət komitələri, ekspert komissiyaları yaratmaq və fəaliyyətində iştirak.
- İdarəetmə orqanına təkliflər vermək. Sertifikat, audit və Assosiasiyanın təqdim etdiyi bütün xidmət və proqramlarından 50% güzəştli istifadə.
- Məhkəmə və digər təşkilatlarda hüquqların müdafiəsi və təmsilçilik.
Öhdəliklər
- İllik üzvlük haqqı.
- Etika və texniki standartlara riayət və fərdi məlumatların qorunması, habelə konfidensiallıq.
Faydaları
- Hüquq, maliyyə və marketinq xidmətlərində güzəşt.
- İnvestisiya layihələrinin qiymətləndirilməsi və proqnozlaşdırılması.
- Tender və digər layihələr üzrə məlumatlandırma, əlaqələndirilmə və dəstək.
- Strateji dəstək və planlaşdırma.
- Stress təlim kursları.
- Kouçinq.
- ATİA-nın ictimaiyyət üçün açıq olan ödənişsiz seminar və təlimlərində iştirak.
- ATİA-nın internet saytının partnyorlar bölməsində üzvün loqosunun yerləşdirilməsi.
- ATİA tədbirlərində sponsorluq endirimi.
- Üzvlərin Məhsul və yaxud brendlərinin təqdimatların təşkili.
- Radio, TV proqramlara dəvət və PR.
- ATİA-nın təşkil etdiyi seminar və təlimlərdə, konfrans və sammitlərdə məruzəçi və moderator kimi iştirak.
- ATİA-ya məxsus resurslardan qaydalar çərçivəsində yararlanmaq.
- ATİA-nın təşəbbüsü ilə üzvlərin yerli və xarici şirkətlər ilə tərəfdaşlıq əlaqələrinin qurulması.
- İldə ən azı bir dəfə xarici ölkələrdə tikinti bazarı ilə bağlı mühüm tədbir və yaxud sərgilərdə iştirak etmək imkanı (güzəştli şərtlərlə).
- Ölkə daxilində keçirilən mühüm (dövlət səviyyəli və qeyri-dövlət - lakin irimiqyaslı) tədbirlərə dəvət.
- Üzv şirkətlərin problemləri üzrə məsləhətlərin aparılması üçün komissiyanın yaradılması.
- Üzvün hər hansı müraciəti ilə əlaqədar komissiya yaradılması, aidiyyəti qurumlara hüquqi çərçivədə müraciət, görüşlərin alınması və bu müraciətlərin Kütləvi İnformasiya Vasitələrində işıqlandırılması.
- Adiyyatı dövlət qurumları ilə komunikasiyaların təşkili.
- Digər xidmətlər.
İllik üzvlük haqqı: A (Korporativ) - 5000 AZN.
Assosiativ Üzv (B kateqoriyası)
Kimlər qoşula bilər
- Tikinti və Tikinti ilə əlaqəli sahələrdə (məs: logistika, maşınqayırma, təmir, audit və mühəndislik, layihələndirmə xidmətləri göstərən və Qanunvericiliyə əsasən vergi ödəyicisi olan mikro və kiçik sabikarlıq subyektləri) fəaliyyət göstərən şəxslər.
Məhdudiyyət
- İdarəetmədə iştirak, səsvermə hüququ yoxdur.
Hüquqlar
- Texniki komitələrdə iştirak.
- Tədbir və təlimlərə güzəştli giriş 25%.
Öhdəliklər
- İllik üzvlük haqqı.
Faydaları
- Hüquq, maliyyə və marketinq xidmətlərində güzəşt.
- ATİA-nın ictimaiyyət üçün açıq olan ödənişsiz seminar və təlimlərində iştirak.
- ATİA-nın internet saytının partnyorlar bölməsində üzvün loqosunun yerləşdirilməsi.
- ATİA tədbirlərində sponsorluq endirimi.
- ATİA-ya məxsus resurslardan qaydalar çərçivəsində yararlanmaq.
- ATİA-nın təşəbbüsü ilə üzvlərin yerli və xarici şirkətlər ilə tərəfdaşlıq əlaqələrinin qurulması.
- Ölkə daxilində keçirilən mühüm (dövlət səviyyəli və qeyri-dövlət - lakin irimiqyaslı) tədbirlərə dəvət.
- Adiyyatı dövlət qurumları ilə komunikasiyaların təşkili.
- Tender və digər layihələr üzrə məlumatlandırma, əlaqələndirilmə və dəstək.
İllik üzvlük haqqı: B (Assosiativ) - 1500 AZN.
Fəxri Üzv (C kateqoriyası)
Kimlər qoşula bilər
- Tikinti sənayesinə xüsusi töhfə vermiş hüquqi və fiziki şəxslər, alimlər, ictimai xadimlər və s.
Hüquqlar
- Məsləhətçi və müşahidəçi statusu.
- Təqdimatlarda fəxri qonaq statusu.
Öhdəliklər
- Üzvlük haqqından azaddırlar.
- Assosiasiya tərəfindən dəvət edilmiş tədbirlərdə, şuralar və komissiyalarda iştirak.
Faydaları
- Xüsusi dizayn edilmiş “Fəxri üzv” paketinin təqdim edilməsi.
- Mediada müsahibə imkanları.
- Assosiasiya adından fikir lideri kimi təqdim olunmaq.
- İllik forumlara, konfranslara və tədbirlərə Xüsusi qonaq qismində dəvət.
- Saytda və sosial şəbəkələrdə “Fəxri üzv” bölməsində təqdimat.
İllik üzvlük haqqı: C (Fəxri) - Fəxri üzv təqaüdü (İcra orqanının Qərarı əsasında müəyyən edilir).
Beynəlxalq Üzv (D kateqoriyası)
Kimlər qoşula bilər
- Xarici ölkələrdə fəaliyyət göstərən, Assosiasiya ilə əməkdaşlıqda maraqlı olan şirkətlər və assosiasiyalar.
Hüquqlar
- Texniki və kommersiya əməkdaşlığına çıxış.
- Birgə layihələrdə iştirak.
Öhdəliklər
- İllik üzvlük haqqı.
Faydaları
- Digər beynəlxalq üzvlərlə tanışlıq və əməkdaşlıq imkanı.
- Regionlara uyğun işgüzar əlaqə meneceri ilə dəstək.
- Yerli bazara giriş üçün hüquqi və tənzimləyici məsləhətlər.
- Yerli bazara giriş üçün bazar araşdırmasının edilməsi.
- Rəsmi sayt və sosial platformalarda beynəlxalq üzv kimi təqdimat.
- Qlobal PR imkanları, müsahibələr və xəbər yazıları.
- Üzvün logosu və fəaliyyəti haqqında informasiya yayımı.
- Yerli şirkətlərlə əlaqə qurmaq üçün vasitəçilik.
- Assosiasiyanın tərəfdaş təşkilatları ilə təmas.
- Beynəlxalq üzvlük sertifikatı və loqosu istifadəsi hüququ.
- Təşkilatın beynəlxalq nümayəndəsi kimi çıxış etmək imkanı.
- Təşkilatın yerli ofisinin və ya təmsilçiliyinin açılmasına dəstək.
- Ölkə ərazisində tədbirlərin təşkilində iştirak və dəstək.
İllik üzvlük haqqı: D (Beynəlxalq) - 2500 USD (manat ekvivalenti)
Tələbə və Gənc Mütəxəssis Üzv (E kateqoriyası)
Kimlər qoşula bilər
- Tikinti, memarlıq, mühəndislik ixtisası üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər.
Hüquqlar
- Təlim və inkişaf proqramlarında iştirak.
- Mentorluq dəstəyi.
Öhdəliklər
- Simvolik üzvlük haqqı.
- Peşəkar etika qaydalarına riayət.
Faydaları
- Assosiasiyaya üzv şirkətlərdə təcrübə proqramlarına yönləndirmə.
- Tikinti, mühəndislik, memarlıq və idarəetmə sahəsində yay təcrübə düşərgələri.
- Tikinti və sənaye ilə bağlı texniki və praktiki təlimlər.
- Soft skills (ünsiyyət, liderlik, CV yazılışı) üzrə inkişaf seminarları.
- Sertifikatlı təlim proqramlarına xüsusi endirim və ya pulsuz giriş.
- Təcrübəli mütəxəssislərlə 1:1 mentorluq görüşləri.
- Karyera istiqamətində yönləndirmə və məsləhətlər.
- Assosiasiyanın bəzi illik tədbirlərində iştirak imkanı.
- Tikinti sahəsində tədqiqat işlərinə dəstək və təqdimat imkanı.
- Tələbə/Gənc Üzv sertifikatı.
İllik üzvlük haqqı: E (Tələbə/Gənc) - 100 AZN (və ya xüsusi qaydada İcra orqanının Qərarı əsasında təqaüd müəyyən edilir).
Sərbəst / Ödənişsiz Üzvlük (F kateqoriyası)
Kimlər qoşula bilər
- Hüquqi Şəxslər üçün
Hüquqlar
Sərbəst üzvlük, Assosiasiyanın fəaliyyətindən xəbərdar olmaq və tikinti sənayesi üzrə əsas məlumatlara çıxış əldə etmək istəyən hüquqi şəxslər üçün təklif olunan üzvlük formasıdır.
Bu kateqoriya aşağıdakı sahələr üzrə fəaliyyət göstərən şirkətləri əhatə edir:
- Tikinti materialları istehsalı (beton, dəmir-beton, daş, sement, boya, konstruksiya və digər sənaye məhsulları istehsalı)
- Tikinti sahəsində texnologiya və avadanlıq təchizatı (istehsal avadanlıqları, tikinti texnikası, mühəndislik sistemləri və s.)
- Sənaye və konstruktor xidmətləri (metal konstruksiya, konstruktiv həllər, layihə sənədləşməsi və sənaye komponentləri)
- Bina və mühəndis qurğularının tikintisi ilə məşğul olan podratçı şirkətlər (yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, infrastruktur layihələri, təmir-tikinti işləri və digər tikinti icra xidməti göstərən hüquqi şəxslər)
- Tikinti sənaye xidmətləri və logistika təminatı (material daşınması, anbarlama, servis və texniki xidmətlər və digər əlaqəli sahələr)
Öhdəliklər
Sərbəst üzvlük ödənişsizdir. Bu üzvlük forması çərçivəsində iştirak edən şirkətlər aşağıdakı şərtlərə əməl etməlidirlər:
- Assosiasiyanın Nizamnaməsində qeyd olunan qayda və tələblərlə ziddiyyət təşkil etməyən şəkildə fəaliyyət göstərmək.
- Assosiasiyanın etik prinsiplərinə və sektor standartlarına riayət etmək.
- Şirkətin fəaliyyət istiqamətini təsdiqləyən məlumatları təqdim etmək.
- Şirkət haqqında təqdim edilən məlumatların düzgünlüyünə cavabdehlik.
- Əlaqə məlumatlarını və fəaliyyət statusunu aktual saxlamaq.
Faydaları
Bu kateqoriya, tikinti sənayesi üzrə fəaliyyət göstərən, lakin Assosiasiyanın ödənişli üzvlük paketlərindən istifadə etməyən hüquqi şəxslərə sektoral məlumatlara, normativ yeniliklərə və assosiasiyanın ümumi informasiya resurslarına əsas səviyyədə çıxış imkanı yaratmaqdır.
Sərbəst üzvlük sayəsində şirkətlər Assosiasiyanın fəaliyyətindən xəbərdar olur, sektor daxilində informasiya əlaqəsini gücləndirir və ehtiyac yarandıqda daha geniş imkanlar təqdim edən ödənişli üzvlük paketlərinə keçid edə bilirlər.
Üzvlüyün dayandırılması və ya xitamı
4. Aşağıdakı hallarda üzvlük dayandırıla bilər:
- Öhdəliklərin icra olunmaması.
- Etik pozuntular.
- İctimai nüfuza xələl gətirən hərəkətlər.
- Təsisçi üzvlərin qərarı.
4.1. İdarə Heyətinin qərarı ilə üzvlük xitam edilə bilər. Üzv 30 gün ərzində qərara qarşı yazılı şikayət verə bilər. Müflisləşmə və ya məhkəmə qərarı.
Əlavə Qaydalar
- Üzvlər Assosiasiyanın loqosundan(kateqoriyasına uyğun) istifadə etmək hüququna malikdir.
- Üzvlər ATİA-ya məxsus audit, sertifikasiya, təlim və normativ texniki dəstək xidmətlərindən (kateqoriyasına uyğun) güzəştlə istifadə edə bilərlər.