Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə heyətinin sədri Ramiz İsayev, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Assosiasiyanın üzvləri və tikinti şirkətlərinin rəhbərləri 10 Aprel – İnşaatçılar Günü münasibətilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə heyətinin sədri Ramiz İsayev, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Assosiasiyanın üzvləri və tikinti şirkətlərinin rəhbərləri 10 Aprel – İnşaatçılar Günü münasibətilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Heydər Əliyevin Azərbaycanın tikinti sektorunun inkişafında göstərdiyi əvəzsiz xidmətlər , onun uzaqgörən siyasəti sayəsində qazanılan uğurlar bu gün də hər bir inşaatçı üçün ilham mənbəyidir.
Ulu Öndərin əziz xatirəsini böyük hörmət və ehtiramla anırıq. Allah rəhmət eləsin