Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarusda iri dövlət tikinti holdinqlərindən biri olan Belstroytsentr ilə yaxından tanış olub
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarusda iri dövlət tikinti holdinqlərindən biri olan Belstroytsentr ilə yaxından tanış olub.
Holdinqin rəhbər heyəti ilə keçirilən görüşdə yaşayış və qeyri-yaşayış binalarının tikintisi, sənaye və infrastruktur obyektləri, layihə-smeta sənədlərinin hazırlanması, tikinti materiallarının istehsalı, texniki nəzarət və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat alınıb.
Üzv şirkətlərimizlə birlikdə Belstroytsentr ilə gələcək əməkdaşlıq imkanları və birgə layihələr ətrafında geniş müzakirələr aparılıb.