Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Respublikasına səfər edib
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Respublikasına səfər edib.
Səfər çərçivəsində Memarlıq və Tikinti naziri Aleksandr Studnev ilə görüş keçirilib, tikinti sektorunda əməkdaşlıq və material tədarükü imkanları müzakirə olunub.
ATİA sədri Ramiz İsayev göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, iki ölkə arasında möhkəm tərəfdaşlıq və investisiya imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.