ATİA və “A-Z CZECH ENGİNEERİNG” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı

10/08/2023

ATİA və “A-Z CZECH ENGİNEERİNG” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Xatırlatmaq istərdik ki, şirkət çexiyalı investorların təşəbbüsü ilə yaradılmış və Azərbaycanda alternativ enerjinin bərpası istiqamətində işlər görəcəkdir. Əməkdaşlıq müqaviləsinə əsasən ATİA-ya üzv olan şirkətlər gələcəkdə həyata keçiriləcək layihələrdə, enerji müəssisələrinin tikintisində, təmir-tikinti və yenidənqurma işlərin həyata keçirilməsində yaxından iştirak edəcəkdir.