ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib

ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib.


Tədbir çərçivəsində sənaye təhlükəsizliyi ekosistemində əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəflər arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. Bu təşəbbüs sənaye müəssisələrində təhlükəsizlik standartlarının yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və institusional koordinasiyanın gücləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyur.


Zirvə dövlət qurumları, sənaye müəssisələri və özəl sektor nümayəndələrini bir araya gətirərək təhlükəsizlik sahəsində mövcud çağırışların dəyərləndirilməsi, qabaqcıl texnologiyaların müzakirəsi və gələcək fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayıb. Tədbir sənaye sahəsində dayanıqlı, təhlükəsiz və innovasiya yönümlü inkişaf modelinin formalaşdırılmasına töhfə verməklə regional təhlükəsizlik gündəliyində öz mövqeyini daha da gücləndirib.