ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, KOBİA və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il nəticələrinə dair tədbirdə iştirak edib. Görüşdə dövlət qurumlarının nümayəndələri, iş adamları, layihə iştirakçıları və şəhid ailələrinin üzvləri yer alıblar
ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, KOBİA və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il nəticələrinə dair tədbirdə iştirak edib. Görüşdə dövlət qurumlarının nümayəndələri, iş adamları, layihə iştirakçıları və şəhid ailələrinin üzvləri yer alıblar.
Layihə qazilər, müharibə iştirakçıları və şəhid ailələrinin məşğulluq imkanlarının artırılması, onlara biznes fəaliyyəti üçün zəruri bilik və avadanlıq dəstəyinin göstərilməsi məqsədi daşıyır. 2025-ci ildə layihənin əhatə dairəsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy, Mingəçevir, Füzuli, Xocalı, Laçın və Şuşanı əhatə edib. Bu il 100 nəfər təlim proqramlarına cəlb olunub. 2023-cü ildən etibarən layihədən yararlananların ümumi sayı 220 nəfərdir.
Tədbir çərçivəsində layihənin icrasını əks etdirən videoçarx nümayiş olunub və şəhid övladlarının rəsm əsərləri xeyriyyə məqsədli auksionda təqdim edilib.