Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub
Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub.
Sədr Ramiz İsayevlə görüşən səfir yüksək qonaqpərvərliyə və ona göstərilən diqqətə görə təşəkkür edib.
Tərəflər ATİA heyətinin Minsk səfəri, Belarusun “Belqostroycentr” təşkilatı tərəfindən Qarabağda reallaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparıblar.
Görüş zamanı birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, səfirin diqqətini çəkən “Sea Breeze” ve “Adara Baku” layihələri barədə ətraflı melumat verilib.