KOBİA-NIN SƏDRİ KOBİA VƏ ATİA-NIN BİRGƏ STENDİNDƏ!
WUF13-ün 3-cü günü KOBİA-nın sədri Orxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə stendini ziyarət edib.
Orxan Məmmədov həm ATİA-nın sədri Ramiz İsayev ilə təkbətək, həm də üzv şirkətlərin nümayəndələri ilə birgə geniş tərkibdə görüş keçirib. Beynəlxalq təcrübə, tərəfdaşlıq imkanları, qlobal trendlər, uğurlu layihələr,yeni bazarlara çıxış imkanları, WUF13-də şəhərsalma ilə bağlı yeniliklər əsas müzakirə mövzusu olub.