WUF13-DƏ ATİA STENDİNİN NÖVBƏTİ QONAĞI İŞ XANIMI RƏNA QƏFƏROVA OLDU!

Karvan-L Group”-un direktoru, “Africa Azerbaijan Cooperation” təsisçisi Rəna Qəfərovanı ATİA İdarə Heyəti Sədrinin Birinci Müavini Ramilə İsrafilbəyova qarşılayıb. Həm də ATİA-nın üzvü olan qonağa stend barədə ətraflı məlumat verilib.

Şəhərsalma, əlverişli mənzil təminatı, davamlı inkişaf, tikinti-quruculuq, birgə əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub.

Rəna Qəfərovaya ATİA adından hədiyyə təqdim olunub.