IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi başladı…

IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi başladı…
 
Açılış mərasimində Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Kuzey Kıbırs Türk Cümhuriyyətindən olan dövlət qurumlarının, akademik dairələrin nümayəndələri və iş adamları iştirak edirdilər.

Tədbir çərçivəsində Türkiyədən olan dövlət və iş adamları ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin də çıxışı oldu.

Ortaq mühəndislik təhsili, müdafiə sənayesi, enerji və dayanıqlılıq, zəlzələyə davamlı tikililər, kibertəhlükəsizlik və süni intellekt kimi mühüm istiqamətlər üzrə panel və sessiyalar keçirildi. Təcrübə mübadiləsi aparıldı, yeni layihələrin formalaşdırılması və institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi həyata keçirildi.

Qeyd edək ki, Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan tədbirdə mühəndislik təhsili, müdafiə sənayesi, enerji və dayanıqlılıq, kibertəhlükəsizlik və süni intellekt mövzularında panel müzakirələr aparılır , həmçinin, B2B görüşləri təşkil olunur.
 
Tədbir mayın 8-ə kimi davam edəcək.