Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Respublikasına səfər çərçivəsində A-100 Development şirkətinə məxsus “Müasir Beton Konstruksiyaları” MMC zavodunda olublar

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Respublikasına səfər çərçivəsində A-100 Development şirkətinə məxsus “Müasir Beton Konstruksiyaları” MMC zavodunda olublar.


Ziyarət zamanı müəssisənin fəaliyyəti, beton konstruksiyaların müasir texnologiyalar əsasında istehsalı, keyfiyyət standartları və innovativ yanaşmalar barədə məlumat verilib. Bildirilib ki, zavodda ekoloji təmiz və enerji səmərəli məhsullar istehsal olunur, müəssisədə 400-ə yaxın əməkdaş çalışır və istehsal prosesi 7/24 fasiləsiz təşkil edilib.


ATİA nümayəndələri istehsal sahələri ilə tanış olaraq tətbiq olunan texnoloji və idarəetmə həllərini nəzərdən keçiriblər. Bu təcrübənin Azərbaycan bazarında tətbiqinin sahədə keyfiyyətin artırılmasına töhfə verəcəyi qeyd olunub.
Səfər çərçivəsində keçirilən görüş beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli qiymətləndirilib.