Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus səfəri zamanı Baş Dövlət Tikinti Ekspertizası ASC-nin rəhbər heyəti ilə görüşüb

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus səfəri zamanı Baş Dövlət Tikinti Ekspertizası ASC-nin rəhbər heyəti ilə görüşüb.


Görüşdə qurumun tikinti sahəsində apardığı sertifikatlaşdırma, attestasiya və kadrların peşəkar hazırlığı ilə bağlı proseslər haqqında geniş məlumat verilib. Bu sahədə qazanılmış təcrübənin Azərbaycanın yerli şirkətləri tərəfindən tətbiq edilməsi sektorda keyfiyyətin yüksəlməsinə və peşəkarlığın artırılmasına ciddi dəstək ola bilər.


Görüş zamanı həmçinin iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətləri və birgə layihələrin mümkün perspektivləri ətrafında ətraflı müzakirələr aparılıb.