Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutunda olub və institutun rəhbər heyəti ilə görüş keçirib
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutunda olub və institutun rəhbər heyəti ilə görüş keçirib.
Görüş zamanı institutun şəhərsalma, ərazi inkişafı və infrastruktur layihələri üzrə həyata keçirdiyi işlər, eləcə də elmi-tədqiqat istiqamətləri barədə ətraflı məlumat alınıb.
ATİA nümayəndələri də ölkəmizdə bu sahələrdə icra olunan layihələr barədə məlumat verib. Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq imkanları və gələcəkdə birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.