Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belqosproekt İnstitutunun rəhbər heyəti ilə görüş keçirib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belqosproekt İnstitutunun rəhbər heyəti ilə görüş keçirib.


Görüş zamanı institutun fəaliyyəti, tikinti layihələrinin dövlət ekspertizasının aparılması və layihələrin texniki-normativ sənədlərə uyğunluğu barədə ətraflı məlumat alınıb.


Həmçinin institut əməkdaşları tərəfindən hazırda üzərində işlədikləri ən iri layihələrdən biri – Ağdam rayonunun Qızıl Kəngərli kəndinin layihələndirilməsi təqdim edilib. Layihə çərçivəsində Qarabağ ərazilərinin bərpası müasir yanaşmalarla həyata keçirilir, ərazilər “yaşıl” və “ağıllı” zona kimi inkişaf etdirilir. Bu da layihələrin keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsində mühüm rol oynayır.