Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Tikinti İttifaqının ofisində olub

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Tikinti İttifaqının ofisində olub.


İttifaqın rəhbəri Niçkasov Anatoli İvanoviçlə birlikdə ölkənin tikinti və istehsal sahəsində fəaliyyət göstərən şirkətlərlə görüş keçirilib. B2B formatında aparılan danışıqlar zamanı ATİA üzv şirkətlərin nümayəndələri ilə Belarus şirkətləri arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.


Görüş zamanı Azərbaycanda reallaşdırılan layihələrlə bağlı təqdimat təqdim edilib və şirkətlər arasında gələcək birgə layihələrin həyata keçirilməsi, tikinti sənayesi müəssisələri ilə tanışlıq, eləcə də istehsal olunan məhsulların hər iki ölkənin bazarında tətbiqi imkanları ətrafında müzakirələr aparılıb.