Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) Belarus Respublikasının Memarlıq və Tikinti Nazirliyi və Tikinti İttifaqı ilə keçirilən görüş çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atıb
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) Belarus Respublikasının Memarlıq və Tikinti Nazirliyi və Tikinti İttifaqı ilə keçirilən görüş çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atıb.
Görüş zamanı tərəflər arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.Bu sənəd tikinti sahəsində birgə fəaliyyətin genişləndirilməsi, perspektiv layihələrin həyata keçirilməsi və qarşılıqlı tərəfdaşlığın möhkəmləndirilməsi üçün strateji əsas formalaşdırır.