Martın 17-də Bakı KOB evində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində özəl sektor üçün məlumatlandırma sessiyası keçirildi. Tədbir WUF13 Azərbaycan Əməliyyat Şirkəti, KOBİA və AZPROMO-nun tərəfdaşlığı ilə təşkil olundu
Martın 17-də Bakı KOB evində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində özəl sektor üçün məlumatlandırma sessiyası keçirildi. Tədbir WUF13 Azərbaycan Əməliyyat Şirkəti, KOBİA və AZPROMO-nun tərəfdaşlığı ilə təşkil olundu.
Sessiyada sənaye, yaşıl enerji, tikinti, tullantıların idarə olunması, nəqliyyat, İKT və maliyyə sektorlarını təmsil edən 100-ə yaxın sahibkar iştirak etdi.
WUF13 yalnız bir forum deyil — bu, beynəlxalq təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və biznes imkanlarının genişləndirilməsi üçün mühüm platformadır.
Sessiya çərçivəsində iştirakçılara “Urban Expo” sərgisində iştirak imkanları barədə də məlumat verildi. Qeyd edək ki, sərgiyə müraciətlər 31 mart 2026-cı il tarixinədək qəbul olunur.