Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, ATİA İdarə Heyətinin sədri Ramiz İsayev və ATİA-nın üzvü olan Unimetal şirkətinin rəhbər heyəti ilə birlikdə istehsal müəssisəsində olublar

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, ATİA İdarə Heyətinin sədri Ramiz İsayev və ATİA-nın üzvü olan Unimetal şirkətinin rəhbər heyəti ilə birlikdə istehsal müəssisəsində olublar.


Müəssisənin istehsal prosesi və texnoloji imkanları nümayəndələrə təqdim olunub, istehsal xəttində tətbiq olunan müasir avadanlıqlar və idarəetmə sistemləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda tikinti sahələri üçün metal məhsulların istehsalı üzrə aparılan işlər və sektorun inkişaf perspektivləri, eləcə də dövlət dəstəyi mexanizmləri barədə geniş müzakirələr aparılıb