KOBİA-nın rəhbəri cənab Orxan Məmmədovun dəvəti ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

KOBİA-nın rəhbəri cənab Orxan Məmmədovun dəvəti ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə ATİA-nın sədri Ramiz İsayev, İctimai Şuranın üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. İftar zamanı müqəddəs ayın mənəvi dəyərlərindən bəhs olunub, dualar oxunub, orucun fəziləti və Ramazanın cəmiyyətimizdə birlik, həmrəylik və paylaşma ruhunun möhkəmlənməsində rolu vurğulanıb.

Səmimi və mənəvi atmosferdə keçən görüş qarşılıqlı fikir mübadiləsi və xoş arzularla yadda qalıb.