ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə iqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Doha şəhərində KOBİA və Qətər Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən “‘Azərbaycan-Qətər Birgə Biznes Şurası”nın ilk iclasında iştirak edib.
İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə sənaye, tikinti, istehsal və logistika sahələrində qarşılıqlı investisiya imkanları müzakirə olunub.
Tərəflər Azərbaycan və Qətər arasında biznes əlaqələrinin yeni mərhələyə keçməsi üçün praktiki addımların atılması vacibliyini vurğulayıblar.