Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyəti sədrinin birinci müavini Ramilə İsrafilbəyova və rəhbər heyəti Bakıda keçirilən “IX Beynəlxalq Bankçılıq Forumu (IBF-2025)”də iştirak edib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyəti sədrinin birinci müavini Ramilə İsrafilbəyova və rəhbər heyəti Bakıda keçirilən “IX Beynəlxalq Bankçılıq Forumu (IBF-2025)”də iştirak edib.

Azərbaycan Banklar Assosiasiyası və “Mastercard” əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən Forumun əsas mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” olub.


Forum çərçivəsində süni intellektin bankçılıqdakı rolu, açıq bankçılıq, ani ödənişlər, kibertəhlükəsizlik, rəqəmsal hökumət həlləri, investisiya xidmətlərinin rəqəmsallaşdırılması və digər aktual mövzular müzakirə olunub.


IBF dövlət qurumları, bank və maliyyə təşkilatları, fintex şirkətləri, beynəlxalq institutlar və özəl sektor nümayəndələrini bir araya gətirən ən geniş platformalardan biri kimi çıxış edir.