Standartlar

Standartlar

Tikinti sektorunda beynəlxalq standartların rolu və əhəmiyyəti

Tikinti sektoru müasir həyatın infrastruktur əsaslarını formalaşdıran dinamik bir sahədir. Hər gün yeni layihələr həyata keçirilir və bu prosesdə standartların rolu getdikcə artır. Keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilən standartlar yalnız tikinti prosesinə deyil, eyni zamanda material seçimi, layihə idarəçiliyi və istismar mərhələlərinə də təsir göstərir. ASTM, ASHRAE, ACI, AISC, SMACNA və TCNA kimi beynəlxalq standart sistemləri tikinti sənayesində texniki keyfiyyətin, davamlılığın və etibarlılığın əsasını təşkil edir.

Standartların tətbiqi nəticəsində layihələrin keyfiyyəti və dayanıqlığı artır, risklər və maliyyə itkiləri azalır, audit prosesləri asanlaşır və ətraf mühitə təsir minimuma endirilir.

Bu məqsədlə ATİA Beynəlxalq standartlara əsaslanan tikinti sektorunun idarə olunmasını  Beynəlxalq  qurumların təcrübələri əsasənda  inteqrasiya etməklə  Azərbaycanın tikinti sənayesinin keyfiyyət və reputasiya səviyyəsini yüksəldilməsi üçün fəaliyyət göstərir.

Standartların tikinti sənayesində funksiyası

Tikinti standartları təhlükəsizlik və keyfiyyət təminatının təməlidir. Layihənin bütün mərhələlərində müəyyən edilən qaydalar obyektlərin uzunömürlülüyünü və istifadəçi etibarını müəyyən edir. Standartlara əsaslanmaq material seçimini rasional edir və biznes-proseslərin optimallaşdırılması hesabına ümumi səmərəliliyi yüksəldir. Milli və beynəlxalq standartların tətbiqi şirkətlərə qlobal bazarda rəqabət üstünlüyü qazandırır və etik idarəetmə mədəniyyətini möhkəmləndirir.

Əsas beynəlxalq standartlar üzrə sistemli icmal

ISO standartları

ISO 9001:2015 – Keyfiyyətin idarəetmə sistemi
Layihə planlaşdırılması, icra və audit proseslərində keyfiyyətin təminatı üçün tətbiq olunur.

ISO 14001:2015 – Ətraf mühitin idarəetmə sistemi
Ekoloji risklərin azaldılması, tullantıların idarə olunması və enerji səmərəliliyinin artırılması məqsədilə tətbiq olunur.

ISO 45001:2018 – Əməyin sağlamlığı və təhlükəsizliyi
Tikinti meydançalarında əməyin mühafizəsi, risklərin identifikasiyası və fövqəladə hallar planlaşdırması üçün əsas beynəlxalq baza standartıdır.

ISO 50001:2018 – Enerji idarəetmə sistemi
Binaların enerji səmərəliliyini və resurs istifadəsini optimallaşdırmaq üçün tətbiq edilir.

ISO 19650 – Tikinti İnformasiya Modelləşdirilməsi (BIM)
Layihə idarəçiliyində BIM texnologiyasının tətbiqinə dair normativ əsas yaradır.

ISO 37001:2016 – Antikorrupsiya idarəetmə sistemi
Bu standart tikinti müqavilələrində şəffaflıq, etika və korrupsiyaya qarşı nəzarət mexanizmlərini müəyyən edir. Dövlət satınalmaları və beynəlxalq layihələrdə audit izlənilməsini gücləndirir.

Eurocode standartları (EN 1990–EN 1999)
Avropa İttifaqı tərəfindən qəbul edilən bu 10 seriyalı standart sistemi struktur hesablamalar, dayanıqlılıq və seysmik təhlükəsizlik üzrə ümumi mühəndislik prinsiplərini müəyyən edir. Bunlara EN 1992 (Beton konstruksiyalar), EN 1993 (Polad konstruksiyalar), EN 1997 (Geotexniki layihələndirmə) və EN 1998 (Seysmik dayanıqlılıq) daxildir.

FIDIC müqavilə standartları
FIDIC sənədləri beynəlxalq podrat münasibətlərini tənzimləyən əsas müqavilə modelləridir. Ən çox istifadə edilən formatlar Red Book, Yellow Book və Silver Book-dur. FIDIC prinsipləri risk bölgüsünü, texniki nəzarəti və mübahisələrin arbitraj qaydasında həllini beynəlxalq normalara uyğun müəyyən edir.

ASTM və ACI standartları
ASTM materialların sınaq üsulları və keyfiyyət göstəricilərini müəyyən edir (məsələn, ASTM C150sement, ASTM A36polad, ASTM C39beton). ACI isə beton texnologiyaları üzrə aparıcı normativ baza hesab olunur (ACI 318Beton konstruksiyaların layihələndirilməsi).

ASHRAE standartları – Enerji səmərəliliyi
ASHRAE prinsipləri havalandırma, isitmə və iqlim sistemlərinin layihələndirilməsində əsas qaydaları müəyyən edir. Bu standartlar enerji səmərəliliyinin artırılması və binaların ekoloji təsirinin azaldılması məqsədi daşıyır.

AISC standartları – Polad konstruksiyalar
AISC standartları polad konstruksiyaların layihələndirilməsi, yığılması və keyfiyyətə nəzarət mexanizmini tənzimləyir. Bu prinsiplər sayəsində struktur dayanıqlıq və material qənaəti təmin olunur.

SMACNA standartları – Havalandırma sistemləri
SMACNA qaydaları hava kanalları və havalandırma sistemlərinin optimal dizaynını, səs izolyasiyasını və enerji itkisinin azaldılmasını müəyyən edir.

TCNA standartları – Keramika və plitə tətbiqləri
TCNA standartları keramika və plitə materiallarının düzgün tətbiqinə dair qaydaları müəyyən edir və səth hazırlığı, suya davamlılıq göstəricilərini tənzimləyir.