Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyəti sədrinin birinci müavini Ramilə İsrafilbəyova və rəhbər heyəti Bakıda keçirilən “IX Beynəlxalq Bankçılıq Forumu (IBF-2025)”də iştirak edib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyəti sədrinin birinci müavini Ramilə İsrafilbəyova və rəhbər heyəti Bakıda keçirilən “IX Beynəlxalq Bankçılıq Forumu (IBF-2025)”də iştirak edib. Azərbaycan Banklar Assosiasiyası və “Mastercard” əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən Forumun əsas mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” olub. Forum çərçivəsində süni intellektin bankçılıqdakı rolu, açıq bankçılıq, ani ödənişlər, kibertəhlükəsizlik, rəqəmsal hökumət həlləri, investisiya xidmətlərinin rəqəmsallaşdırılması və digər aktual mövzular müzakirə olunub. IBF dövlət qurumları, bank və maliyyə təşkilatları, fintex şirkətləri, beynəlxalq institutlar və özəl sektor nümayəndələrini bir araya gətirən ən geniş platformalardan biri kimi çıxış edir.
21.11.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

WUF13 - 5-ci Gün (VİDEO)

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib