Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard”da “Azerbaijan Halal Business Forum 2025” keçirilib

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard”da “Azerbaijan Halal Business Forum 2025” keçirilib. “Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunan forum iki gün davam edəcək. Tədbirdə dövlət qurumları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib. Forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, eləcə də Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev də iştirak edib. Assosiasiya yerli və xarici sərgilərdə aktiv iştirak edir, ölkədə tikinti sektorunun inkişafına, istehsal potensialının artırılmasına və ixrac imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir
07.10.2025

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub

HELF/AZHAB FORUM 2026 BAŞLADI...

Belarusiyanın Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu”nun və “Baş Dövlət Tikinti Ekspertizası”nın baş ekspertlərindən ibarət nümayəndə heyəti bu gün ATİA-nın qonağı olub

Xarkov şəhərinin meri İqor Terexov ATİA və KOBİA-nın birgə stendini ziyarət edib

WUF13 – ÜN 5-Cİ GÜNÜ!

WUF13 - 5-ci Gün (VİDEO)