TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…
Qonaqları ATİA-nın sədri Ramiz İsayev qarşılayıb. Tərəflər ,əsasən, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Azərbaycan, Türkiyə və Makedoniya arasında iqtisadi və işgüzar əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarət imkanlarının artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, tikinti və sənaye, mebel istehsalı, hote, restoran sektoru və digər sahələr üzrə əməkdaşlıq imkanlarına toxunulub, Azərbaycan və Makedoniya iş adamları arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı B2B görüşlərinin təşkili, biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.
18.09.2026
Digər xəbərlər