Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Respublikasına səfər çərçivəsində A-100 Development şirkətinə məxsus “Müasir Beton Konstruksiyaları” MMC zavodunda olublar

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus Respublikasına səfər çərçivəsində A-100 Development şirkətinə məxsus “Müasir Beton Konstruksiyaları” MMC zavodunda olublar. Ziyarət zamanı müəssisənin fəaliyyəti, beton konstruksiyaların müasir texnologiyalar əsasında istehsalı, keyfiyyət standartları və innovativ yanaşmalar barədə məlumat verilib. Bildirilib ki, zavodda ekoloji təmiz və enerji səmərəli məhsullar istehsal olunur, müəssisədə 400-ə yaxın əməkdaş çalışır və istehsal prosesi 7/24 fasiləsiz təşkil edilib. ATİA nümayəndələri istehsal sahələri ilə tanış olaraq tətbiq olunan texnoloji və idarəetmə həllərini nəzərdən keçiriblər. Bu təcrübənin Azərbaycan bazarında tətbiqinin sahədə keyfiyyətin artırılmasına töhfə verəcəyi qeyd olunub.Səfər çərçivəsində keçirilən görüş beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli qiymətləndirilib.
08.04.2026

Sosial şəbəkələrdə paylaşın

Digər xəbərlər

İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!

“BAKUBUİLD 2026” sərgisi uğurla yekunlaşdı…

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.

ATİA-NIN SƏDRİ RAMİZ İSAYEV “XƏZƏR XƏBƏR”Ə MÜSAHİBƏ VERİB.

TÜRKİYƏ VƏ MAKEDONİYANIN İŞ ADAMLARI ATİA-NIN QONAĞI OLUB…

Belarusiyanın ölkəmizdəki səfiri Dmitri Pineviç ATİA-nın qonağı olub