İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ATİA-NIN QONAĞI OLDU!
ATİA-nın sədri Ramiz İsayevlə görüşən səfir Luka Di Canfrançesko İtaliya müəssisələrinin Azərbaycan bazarına olan marağını xüsusi qeyd edərək, uzunmüddətli ticarət əlaqələri qurmaq üçün yaxşı imkanların olduğunu bildirib.
Görüş zamanı İtaliya səfiri ölkənin inkişafında infrastruktur və tikintinin strateji əhəmiyyətini vurğulayıb, birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını deyib. Səfirin sözlərinə görə, ikitərəfli əlaqələrin qurulması iqtisadi sektorlarda yeni inkişaf perspektivləri açır.
“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” ilə yaxından tanış olan səfir, sədr Ramiz İsayevlə yeni iş imkanları barədə geniş fikir mübadiləsi aparıb.
28.10.2026
Digər xəbərlər