Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) olaraq, rəsmi dəstəkçisi olduğumuz 6-cı “Rebuild Karabakh” və “BakuBuild 2026” sərgilərində iştirak etməkdən məmnunluq duyuruq.
Sərgi çərçivəsində ATİA-nın üzv şirkətlərinin stendlərini ziyarət edərək onların təqdim etdiyi innovativ həllər, müasir tikinti texnologiyaları və həyata keçirdikləri layihələrlə yaxından tanış olduq.
Eyni zamanda, sektorun aparıcı nümayəndələri və tərəfdaşlarımızla görüşlər keçirərək tikinti sənayesinin inkişaf perspektivləri, yeni əməkdaşlıq imkanları və işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri ətrafında fikir mübadiləsi apardıq.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda bu cür sərgilərin tikinti sektorunun inkişafına, innovasiyaların təşviqinə və peşəkar əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyinə inanırıq.
14.10.2026
Digər xəbərlər